Bütün rəqiblərini rahatlıqla geridə qoyur.
Dünyamızda hələki heç bir izaha və açıqlamaya malik olmayan bir çox möcüzələr mövcuddur. Bu gün sizlərə izaha malik olan yeganə möcüzəni təqdim etmək istərdik. Bu möcüzə dünyanın ən böyük estetik avadanlıq istehsalçılarından biri olan sanhe zavodunun mühəndislərinin şah əsəridir. Bu əsərin adı isə Vaneva Icon-dur.
Vaneva icon – sinifindən asılı olmayaraq lazer epilyasiya cihazları arasında bütün parametrləri üzrə uzun illər boyunca hegemonluq etmək üçün yaradılmışdır. Dünyada yeganə 4500w gücünə malik olan icon lazer epilyasiya cihazı öz innovativ və patentləşdirilmiş texnologiyaya malik başlığı ilə bütün rəqiblərini rahatlıqla geridə qoyur. Palladium bar sistemi ilə təchiz olunmuş bu başlıq dünyada ilk və yeganə real 3000w gücünə malik başlıqdır. İcon modelinin başlığı bütün nahiyələr üzrə prosedurlar nəzərə alınaraq hazırlanan 4 müxtəlif ölçülü spotlara malikdir. 12.5mm – 38mm və 12.5mm – 28mm ölçülü spotlar bütün seansların sürətli formada minimal müddətə bitməsini, 12,5mm – 14mm ölçülü spot ən çətin tətbiq olunan nahiyələrdə, 8.5mm ölçülü spot isə lazerin bu günə qədər tətbiq oluna bilmədiyi nahiyələrdə belə mütəxəssis üçün mükəmməl komfortu təmin edir. Cihazın bu qədər böyük spotlara malik olması möhtəşəmdir, lakin ilk yaranan sual bu ölçüdə olan spotda enerjinin fokusunun nə dərəcədə dəqiqliyə malik olmasıdır. Bu sualın yaranacağını qabaqcadan bilən sanhe mühəndisləri icon modelində “fac” (fast axis collimator) sistemini tətbiq etmişdirlər. Bu sistem lazer şüasının bucaq çıxışını aradan qaldırır və divergent şüanı parallel şüaya çevirərək bütün enerjinin tam bərabər proporsiyalar üzrə çıxışını təmin edir. Cihazın başlığı parametrlərin rahatlıqla tənzimlənməsi üçün lcd sensor ekranla təchiz olunmuşdur. “ctr 35” texnologiyasının sayəsində vaneva icon cihazı -16 dərəcəyə qədər dondurma qabiliyyətinə malikdir. “no sound” sistemi ilə təmin olunmuş icon modeli səssiz formada işləməsi ilə istər pasiyent istərsə də müxətəssisin otaqdakı komfortunu təmin edir. Ecazkar, eleqant və futuristik dizayna malik bu cihaz 100 milyon tam effektiv atışı rahatlıqla təmin etməkdədir. Qısacası, növbəti möcüzəyə qədər, vaneva icon modelini zirvədə görəcəyik.