Möhtəșəm nəticələri yalnız mükəmməl cihazlarla və professional təlimlərlə əldə edə bilərsiniz. Vaneva Deux cihazı mükəmməl nəticələr üçün ən yaxșı seçim olacaq.
Vaneva Deux – möhtəșəm nəticələri yalnız mükəmməl cihazlarla və professional təlimlərlə əldə edə bilərsiniz. Vaneva Deux cihazı mükəmməl nəticələr üçün ən yaxșı seçim olacaq. Toplam gücü 4000W olan cihaz iki bașlığı ilə sizin xidmətinizdədir. Deux modeli, özəl və patentli VSCEL texnologiyasını özündə əks etdirir. Cihaz 2022 ci ildə “Sanhe” șirkəti tərəfindən istehsal edilib. Deux modeli xüsusi və patentləşdirilmiş “VSCEL” texnologiyasının əsasında çalışmaqdadır. Digər lazer epilyasiya cihazlarında enerji cihazın keyfiyyətindən asılı olmayaraq daha çox mərkəzə yönəlir və beləcə seansı ən minimal enerji dərəcələrində belə ağrılı, nəticəni isə natamam edir. “VSCEL” texnologiyasıyla isə enerji nahiyə üzrə tamamilə bərabər formada bölünür. Beləcə istər prosedurun ağrısız olması, istərsə də effektivlik cəhətdən Vaneva Deux pik performansı rahatlıqla göstərir. Üstünlükləri saymaqla bitməyən bu cihazın ən üstün cəhəti isə onun ümumi olaraq 100 milyon effektiv atışı rahatlıqla təmin edə bilməsidir. Ümumi gücü 4000W olan Vaneva Deux cihazı, 2000W və 1200W gücünə malik, hər biri 600 qr çəkisində olan, yüksək güclü və ekranlı iki başlıqla təchiz olunmuşdur. 12×12 və 12×23 spot ölçüsünə malik olan bu başlıqlarla istənilən nahiyədəki prosedurları sürətli formada həyata keçirmək mümkündür. Hər iki başlıq spot ölçüsündən asılı olmayaraq enerjinin qorunub saxlanması və bütün nahiyələrdə maksimal effektin tamamilə ağrısız formada əldə edilməsi üçün Amerika istehsalı olan “Coherent” bar sistemi ilə təchiz olunmuşdur.