Bədən korrekasiyası və arıqlama
Berkiter Cavism cihazı rf liftinq, kavitasiya, mikrotok terapiyası və vakuum kimi funksiyaların kombinasiyasından ibarət 5 güclü başlıqla və xüsusi mikrotoklarla təchiz olunmuşdur. Cihaz dəri sallaqlığı, gözaltı torbalar, mimik qırışlar, selülitlər, lokal yağ toplantıları, liposaksiya sonrası korreksiya, üz ovalının korreksiyası, müxtəlif nahiyələrin liftinqi və bir çox digər prosedurlarda tətbiq olunur. Cihazın yüksək güclü vakuum təsiri, rf təzyiqi və kavitasiya gücü ilə istənilən pasiyenti minimal prosedur sayına məmnun etmək mümkündür.
Cihaz kosmetoloqlar üçün olduğu qədər, cərrahlar tərəfindən də əməliyyat sonrası nöqsanların aradan qaldırılması üçün mükəmməl formada istifadə oluna bilər.
Cihazın üstünlükləri:
– tamamilə ağrısız prosedurlar
– nəticənin ilk prosedurdan sonra nəzərə çarpması
– 7 manipula
– asan və anlașıqlı idarə etmə sistemi
Vakuum masajı bașlığı bipolyar rf liftinq funksiyasına malikdir ki, bu da təkcə effektiv anti-selülit və limfa drenaj masajı prosedurunu həyata keçirməyə deyil, həm də dərini nəzərəçarpacaq dərəcədə sıxmağa imkan verir.