İstənilən bir mütəxəssisə bədən formaları və artıq çəkilərlə bağlı müraciət edən bir pasiyenti məmnun edib mükəmməl nəticə almaq vacibdir. Cryon 360 cihazı bədən korreksiyası, arıqlama, dəri liftinqi və cavanlaşdırma kimi prosedurları mükəmməl formada həyata keçirə bilən texnologiyaya malikdir. Cihaz bədənin 4 müxtəlif nahiyəsinin proseduru üçün nəzərdə tutulan bașlıqlarla təmin olunmuşdur.
Cryon 360 — Krioterapiya sahəsində ən güclü və effektiv modellərdən biri olmaqla bir çox ölkələrdə minlərlə mütəxəssislərin əvəzolunmaz cihazıdır. Cryon 360 modeli ilə zamana və zəhmətə qənaət edərək bir neçə pasient üzərində eyni anda prosedur həyata keçirmək mümkündür. Prosedur zamanı böyük soyutma gücü təmin edən Cryon 360 böyük,orta,kiçik və xüsusi olaraq çənə nahiyəsi üçün nəzərdə tutulan bașlıqlarla təmin olunmuşdur.Başlıq seçimi individual olaraq mütəxəssis tərəfindən edilir.