Bədən korreksiyası və arıqlama üçün günümüzdə ən effektiv texnologiyalardan biri olaraq radiofrekans və kavitasiya texnologiyalarının kombinasiyası hesab olunmaqdadır. Sizlərə bu texnologiyanın ən üstün cəhətləri və ən son yeniliklərini özündə birləşdirən Vega professional arıqlama cihazını təqdim etmək istərdik. Bədənin bütün nahiyələrində tətbiq oluna bilən Vega cihazı yalnız piylərlə mübarizə aparmaqla qalmır, habelə dərinin sallaqlığını aradan qaldırır və dəridə mükəmməl cavanlaşdırıcı effekti təmin edir. Vega cihazının xüsusi texnologiyası elastin və kollagen stimulyasiyasını aktivasiya kollagen stimulyasiyasını aktivasiya tonusunu yaxşılaşdırır və bütün nahiyələrdə liftinq effekti yaradır.
Yüksək güclü vakuum texnologiyası ilə edilən ikiqat təsir venoz və limfa damarlarının genişlənməsini təmin edərək dəridə limfa axınını yaxşılaşdırır. Beləcə toksinlərin və hüceyrə arası mühitdən maddələrin çıxışı sürətlənir və onların limfa düyün istiqamətində hərəkəti tənzimlənir.
Tətbiq sahələri:
– Bölgəsəl arıqlama
– Çəkinin azaldılması
– Dərinin liftinqi
– Cavanlaşdırma
– Selülitlərin müalicəsi
– Qırışların aradan qaldırılması
– Ümumi arıqlama