Spot sayı: 4

Ekran: LCD sensor

Atış sayı: 50 milyon

icon

Model: Stasionar

İstehsalçı şirkət: Sanhe

Zəmanət: 2 il

TEXNİKİ GÖSTƏRİCİLƏR

  • Cihazın ümumi gücü
    4500W
  • Başlıqların gücü
    3000W
  • Atış sayı
    100 milyon
  • Spot ölçüsü
    12.5mm - 38mm; 12.5mm - 28mm; 12,5mm - 14mm; 8.5mm
  • Soyutma sistemi
    CTR35
  • Soyutma gücü
    mənfi 16
  • Texnologiya
    CTR 35
  • Brend
    Vaneva
  • Sinif
    Epilyasiya cihazı
  • Zəmanət
    2 il

icon

BAŞLIQLAR

3000W
Spot ölçüsü: 12.5mm - 38mm
3000W
Spot ölçüsü: 12.5mm - 28mm
3000W
Spot ölçüsü: 12,5mm - 14mm
3000W
Spot ölçüsü: 8.5mm
Şəkil Adı Haqqında
icon_1-e1680763044826.webp3000WSpot ölçüsü: 12.5mm - 38mm
icon_2.webp3000WSpot ölçüsü: 12.5mm - 28mm
icon_3.webp3000WSpot ölçüsü: 12,5mm - 14mm
icon_4.webp3000WSpot ölçüsü: 8.5mm

Cihaz haqqında

VANEVA ICON sol
bounced

Dünyamızda hələki heç bir izaha və açıqlamaya malik olmayan bir çox möcüzələr mövcuddur. Bu gün sizlərə izaha malik olan yeganə möcüzəni təqdim etmək istərdik. Bu möcüzə dünyanın ən böyük estetik avadanlıq istehsalçılarından biri olan Sanhe zavodunun mühəndislərinin şah əsəridir. Bu əsərin adı isə Vaneva İcon-dur.

Vaneva İcon – Sinifindən asılı olmayaraq lazer epilyasiya cihazları arasında bütün parametrləri üzrə uzun illər boyunca hegemonluq etmək üçün yaradılmışdır. Dünyada yeganə 4500W gücünə malik olan İcon lazer epilyasiya cihazı öz innovativ və patentləşdirilmiş texnologiyaya malik başlığı ilə bütün rəqiblərini rahatlıqla geridə qoyur. Palladium bar sistemi ilə təchiz olunmuş bu başlıq dünyada ilk və yeganə real 3000W gücünə malik başlıqdır. İcon modelinin başlığı bütün nahiyələr üzrə prosedurlar nəzərə alınaraq hazırlanan 4 müxtəlif ölçülü spotlara malikdir. 12.5mm – 38mm və 12.5mm – 28mm ölçülü spotlar bütün seansların sürətli formada minimal müddətə bitməsini, 12,5mm – 14mm ölçülü spot ən çətin tətbiq olunan nahiyələrdə, 8.5mm ölçülü spot isə lazerin bu günə qədər tətbiq oluna bilmədiyi nahiyələrdə belə mütəxəssis üçün mükəmməl komfortu təmin edir. Cihazın bu qədər böyük spotlara malik olması möhtəşəmdir, lakin ilk yaranan sual bu ölçüdə olan spotda enerjinin fokusunun nə dərəcədə dəqiqliyə malik olmasıdır. Bu sualın yaranacağını qabaqcadan bilən Sanhe mühəndisləri İcon modelində “FAC” (Fast Axis Collimator) sistemini tətbiq etmişdirlər. Bu sistem lazer şüasının bucaq çıxışını aradan qaldırır və divergent şüanı parallel şüaya çevirərək bütün enerjinin tam bərabər proporsiyalar üzrə çıxışını təmin edir. Cihazın başlığı parametrlərin rahatlıqla tənzimlənməsi üçün LCD sensor ekranla təchiz olunmuşdur. “CTR 35” texnologiyasının sayəsində Vaneva İcon cihazı -16 dərəcəyə qədər dondurma qabiliyyətinə malikdir. “No Sound” sistemi ilə təmin olunmuş İcon modeli səssiz formada işləməsi ilə istər pasiyent istərsə də müxətəssisin otaqdakı komfortunu təmin edir. Ecazkar, eleqant və futuristik dizayna malik bu cihaz 100 milyon tam effektiv atışı rahatlıqla təmin etməkdədir. Qısacası, növbəti möcüzəyə qədər, Vaneva İcon modelini zirvədə görəcəyik.

QALEREYA

BRENDİ

BƏNZƏR CİHAZLAR

Scroll to Top