Şəkil | Adı | Haqqında |
---|---|---|
![]() | Multipolar RF | Multipolar RF liftinqi yüksək tezlikli elektrik cərəyanının dəriyə təsirinə əsaslanan bir texnikadır. Radiotezlik diapazonunda dalğaların təsiri altında su molekulları hərəkət etməyə başlayır, onların arasında aktiv sürtünmə baş verir, bunun nəticəsində ətrafdakı toxumaların temperaturu yüksəlir. |
![]() | Böyük Vakuum RF başlığı | Bədən şəkilləndirmə (qarın, Sağrı, Bud nahiyələrində), ödəmin aradan qaldırılması, dəri liftinqi, dəri cavanlaşdırılması və çəki azaldılması |
![]() | Orta Vakuum RF başlığı | Çiyin, omba, bel və boyun kimi nahiyələrdə, dəri liftinqi, dəri cavanlaşdırılması və çəki azaldılması |
![]() | Kiçik Vakuum RF başlığı | Üz və boyun nahiyələri üçün, üz dərisinin liftinqi və dəri dartılması |
![]() | Kavitasiya | Qarın, bel kimi nahiyələrdə çəki azalması, bədən konturlaması |
![]() | Krioterapiya | Əzələ gərginliyininin, şişkinliyin aradan qaldırılması və dərinin hamarlaşdırılması. Sıfırdan aşağı temperaturun təsiri ilə dəri cavanlaşır, incə qırışlar yox olur. |
Gözəllik industriyasının cavanlașdırma üsulları arasında RF liftinq proseduru ön sıralardadır. Son zamanlara qədər qocalmanı uzun müddət ləngidən yeganə üz və boyunun cərrahi əməliyyatı hesab olunurdu. Bu gün aparat kosmetologiyasında cərrahi alətlərə layiqli bir rəqib hesab olunan Rf liftinqi, üz dərisinin dərin qatına iynəsiz təsir edərək kollagen sintezini stimullașdıraraq cavanlașma prosesini hərəkətə keçirir. Trinity cihazı ilə bu prosedur mükəmməl șəkildə həyata keçirilir.
Cihazda olan vakuum, radiotezlikli rf bașlıqları ilə həm bədən șəkilləndirilməsi, həm də üz nahiyəsində olan qırıșların da aradan qaldırılması, dərinin elastikliyinin bərpası mümkündür.
Trinity cihazı ilə üzün RF liftinqi – 4 kHz-dən 300 MHz-dək olan radiotezliyin köməyi ilə aparılan kompleks cavanlașdırma proseduru həyata keçirilir. Elektromaqnit impulsları epidermis qatına keçərək, birləșdirici toxumaların köhnə və boșalmıș kollagenlərini yığaraq, dərinin “kollagen karkasını” bərpa edir. Prosedurun nəticəsi demək olar ki, dərhal hiss olunur.
Buna: qan dövranının yaxșılașması, üz tonusunun və mimiki qırıșların korreksiyası daxildir.