Şəkil | Adı | Haqqında |
---|---|---|
![]() | Heksapolyar RF | Dəri cavanlaşdırılması, çəki azaldılması və yağ yandırılması |
![]() | Tetrapolyar RF | Dəri cavanlaşdırılması, çəki azaldılması və yağ yandırılması |
![]() | Bipolyar RF | Üz dərisinin dərin qatına iynəsiz təsir edərək kollagen sintezini stimullaşdıraraq cavanlaşma prosesini hərəkətə keçirir. |
![]() | Vakuumlu bipolyar RF | Bədən nahiyələri üçün dəri liftinqi, dəri cavanlaşdırılması və çəki azaldılması |
![]() | 40K kavitasiya | Çəki azaldılması və yağ yandırılması |
![]() | Krioterapiya | Əzələ gərginliyininin, şişkinliyin aradan qaldırılması və dərinin hamarlaşdırılması. Sıfırdan aşağı temperaturun təsiri ilə dəri cavanlaşır, incə qırışlar yox olur. |
Sculpture cihazında olan bədən üçün radioliftinq başlığı – yașla bağlı dəri dəyişikliklərinin radiotezlik ilə müalicəsidir. Bədən qüsurları ilə mübarizədə yeni bir strategiyadır. Sculpture cihazının güclü səs dalğası başlığı ilə 40000HZ gücündə səs dalğası yayılır. Bu başlıq ilə yağ hüceyrələri yüksək sürətlə vibrasiya edilir və yağın içərisində və xaricində çoxsaylı vakuum hava qabarcıqları yaradır. Yaranan qabarcıqlar trigliseridləri parçalamaq üçün yağ hüceyrələrinə güclü təsir göstərir. Orqanizmin fiziologiyasında sonradan yaranmıș olan normadan artıq yağ hüceyrələri hepato-enteral təkrar emal ilə aradan qaldırılır.
Radiofrekansın müsbət təsirindən faydalanaraq Sculpture cihazı, dəri təbəqələrinin tonusunu artırır, selülitlə mübarizə aparır və çəkini azalması kimi möcüzəli dəyişiklikləri əldə etməyə imkan verir. Bu nəticələr prosedur zamanı dərialtı zülalın (xüsusilə kollagen liflərinin) dəyişikliklərinə səbəb olaraq kollagen, elastin və hialuron turşunun istehsalına nail olduğundan baş verir.
Tətbiq sahələri:
– Qırıșların aradan qaldırılması
– Üz ovalının korreksiyası
– Əzələlərin liftinqi
– Çənə üzərində yağ ehtiyatlarının intensiv șəkildə azalması
– Limfodrenaj