Şəkil | Adı | Haqqında |
---|---|---|
![]() | Ultrasəs başlığı - yağ parçalama | Ultrasəs dalğalarının mayenin içərisindən keçərkən yaratdığı dalğaların basıncı ilə meydana gələn mikro qabarcıqlar böyüyərək yağ hüceyrəsinin qabığını qırır və parçalanmasını təmin edir. O cümlədən piylərin də əhəmiyyətli dərəcədə azalmasına kömək edir. |
![]() | Radiotezlik - yağ hüceyrələrin yandırılması | Radiotezlik (multipolyar/bipolyar) ilə dərinin alt təbəqəsinə istilik ötürülərək kollagen sintezi tezləşdirilir. Bu istiliyin təsiri ilə kollagen sintez edən fibroplastların sürəti artır. Bununla dərinin daha gənc və gözəl görünməsini təmin edən kollagen yaranır. Bu prosedurun tətbiqi dərinin 5-15 mm altında gözə çarpacaq əhəmiyyətli nəticələr verməkdədir. |
![]() | Lazer - yağ əritmə | Qısadalğalı lazer ilə (655nm) yağ hüceyrələri əridilərək mayeyə çevrilir. Dərinin 5mm altında olan yağları rahatlıqla əridir. |
![]() | Vakuum - drenaj və sıxlaşdırma | Vakuum terapiyası isə həm əzələ elastikliyinin bərpasına, həm portağal qabığı görüntüsü yaradan selülitlərin, həm də ödəmin əsaslı şəkildə aradan qaldırılmasına kömək edir. |
Robolex vakuum, ultrasəs, aşağı tezlikli lazer və bipolyar/multipolyar radiotezliyi özündə birləşdirən ən yeni nəsil bədən şəkilləndirmə cihazıdır. Ultrasəs vasitəsilə bədəndə olan yağ hüceyrələri parçalanır, qısadalğalı lazer şüası (655 nm) və multipolyar RF ilə yağlar yandırılaraq selülitərin azalmasına kömək edir. Vakuum başlığı vasitəsi ilə limfadrenaj masajı edilərək parçalanmış yağ hüceyrələri limfa sistemi vasitəsi ilə bədəndən xaric edilir. Üz nahiyəsində bipolyar radiotezlik ilə birləşdirici toxumalarda masaj edilərək məsamələrin kiçildilməsi, liftinq və qırışların aradan qaldırılması prosedurları təmin edilməkdədir.
Bədən nahiyəsində tətbiq sahələri:
– Bölgəsəl incəlmə
– Selülitlərin aradan qaldırılması
– Bədən şəkilləndirilmə
– Bədənin müxtəlif nahiyələrində yağ hüceyrələrinin parçalanması
– Limfodrenaj
– Liposaksiya öncəsi və sonrası baxım
Üz nahiyəsində tətbiq sahələri:
– Qırışların aradan qaldırlması
– Dərinin sıxlaşdırılması
– Kollagen sintezi
– Dərinin elastikliyinin bərpası
– Məsamələrin kiçildilməsi
– Liftinq