Razor professional ND:Yag lazer cihazı istənilən növ tatuların silinməsi və karbon-pilinq proseduru üçün nəzərdə tutulmuşdur. Cihaz özündə 1064 nm və 532 nm dalğa uzunluqlarını birləşdirir. Razor cihazının yaratdığı təsir nəticəsində epidermal və dermal qatlarda olan piqmentlərin fototermolizi baş verir. Nəticədə piqmentlər parçalanır və geridə qalmış olan piqment hissələri mütəmadi olaraq orqanizmdən limfatik sistem vasitəsiylə xaric olunur.
Funksiyaları:
– Rəngli və rəngsiz tatuların silinməsi
– Permanent makyajın aradan qaldırılması
– Karbon pilinq proseduru