Ekran: 10’ sensor ekran

Ölçüləri: 25 x 27 x 9 sm

Çəkisi: 1,5 kq

plasmage cihaz

İstehsalçı ölkə: İtaliya

Sertifikasiya: CE

Zəmanət: 3 il

Cihaz haqqında

bounced
plasmage cihaz

Plasmage ® – Dermatologiya və estetik tibbdə möcüzələr yaradan, patentləşdirilmiş texnologiyaya malik, 50-dən çox proseduru ideal formada həyata keçirə bilən dünyanın ilk fraksional plazma cihazıdır. Plasmage ® cihazının əsas üstünlüyü prosedurlarının çoxluğu yox, həmin proseduru hansı səviyyədə effektiv həyata keçirə bilməsindədir. Plasmage ® nəticələrini bir araya qoyub izlədikdə əmin olun ki, bu nəticələrin hamısının bir cihazla əldə edildiyini təxmin belə etmək mümkünsüzdür. Lakin bu realdır. Çünki Plasmage ® cihazının böyük tənzimləmə imkanları və müalicə protokolları hər bir proseduru individuallaşdırmağa imkan verir. Bununla yanaşı bu protokollar mütəxəssisə rahatlıqla dəriyə təsir dərəcəsini və reabilitasiya dövrünün müddətini tənzimləməyə imkan verir.

Plasmage ® – nin prinsipi
Plasmage ® qaza bənzər ionlaşmış maddənin istehsalına əsaslanır. Plazma generasiyası yüksək enerji sıxlığına malik elektrik boşalmaları vasitəsilə baş verir ki, bu da təsir yerində temperaturun artmasına gətirib çıxarır və bu da dərinin səth təbəqələrinin buxarlanmasına səbəb olur. Qazın ionlaşması nəticəsində yaranan plazma səthi toxumaların yenilənməsinə səbəb olur, liftinq effekti yaradır. Plasmage ® ətrafdakı sağlam toxumalara heç bir təsir göstərmədən və dərinin daha dərin təbəqələrinə təsir etmədən dəqiq bir şəkildə işləyir.

Plasmage ® – ni fərqləndirən şey nədir?
Digər plazma texnologiyalarının fəsadlarını aradan qaldırmaq və təhlükəsizliyi təmin etmək üçün istehsal olunan ilk fraksional cihazdır. Bu unikal texnologiya sayəsində prosedurlar təhlükəsiz, effektiv və eyni zamanda dəqiq olur.

Plasmage ® texnologiyasının üstünlükləri
Plasmage texnologiyasının üstünlüyü lazer və ya elektrocərrahiyyə kimi digər üsulların öhdəsindən gələ bilmədiyi müalicə üsullarını effektiv şəkildə həyata keçirməsidir.
Plasmage ® cihazının digər bir üstünlüyü onun kiçik ölçülü olmasıdır ki, bu da onun istifadəsini çox əlçatan edir. Çoxfunksiyalı başlıqla təchiz olunmuş bu cihaz bir çox prosedurlarda istifadə oluna bilər.
Enerjinin intensivliyini altı pilləli qabiliyyətlə dəqiq tənzimlənir, növündən və ölçüsündən asılı olaraq individual şəkildə tənzimlənir.

Prosedurlar:
-Qeyri-invaziv blefaroplastika,gözaltı torbalar,akne,post-akne,ksantelazma
-Melazma,xal,ziyil,papilloma,çapıqlar,miliumlar, angioma,qırışlar,keratoz,biopolimerin fibrozları, labioplastika.
-Disxromiya, onoximokoz, elastozis, ləkələr, çatlar,sızanaqlar,seboreya keratozları, lentiqo, hiperkeratoz, tatusilmə, angiomalar
-Hemangiomalar,kistlər,üz liftinqi,boyun liftinqi,bədən liftinqi.
-Vulvovaginal atrofiya,funksional və estetik vaginal cavanlaşdırma.
-Frenülektomiya,diş tacının uzadılması,implantlar üçün yer açılması ,gingivektomiya.
-Hollivud gülüşü,diş ətinin hipertrofiyası, neoformasiyaların aradan qaldırılması, barkod qırışlar.
-Burun korreksiyası, burun kiçiltmə,gözətrafı qırışlar,döyənəklərin aradan qaldırılması.
-Keloid törəmələr,efelidlərin aradan qaldırılması,əlüstü liftinq , nevusların aradan qaldırılması və digər.

BRENDİ

BƏNZƏR CİHAZLAR

Scroll to Top