PicoNazzo – Klinikalar və estetik mərkəzlər üçün nəzərdə tutulmuș yüksək güclü ND:Yag lazer cihazıdır. PicoNazzo modeli özündə 532 nm, 1064 nm və 1320 nm dalğa uzunluqlarını birləșdirir. 2000 mC enerji gücünə malik bu cihaz istər ən çətin silinən tatularda, istərsə də pilinq prosedurlarında mükəmməl nəticələri təmin edir. PicoNazzo cihazının yaratdığı təsir nəticəsində epidermal və dermal qatlarda olan piqmentlərin fototermolizi baș verir.
Bildiyimiz kimi, əksər ND:Yag lazer cihazlarında, digər lazer növlərində olduğu qədər ehtiyac duyulmadığını düșünərək bir çox istehsalçılar su keyfiyyətini nəzərə almadan cihazın təchizatında filterlərdən istifadə etmirlər. Bu isə öz növbəsində bir müddət sonra cihazlarda texniki problemlərin yaranmasına səbəb olur. PicoNazzo modeli isə onlardan fərqli olaraq Koreya istehsalı olan filterlərlə təchiz olunmușdur.