Noblex aleksandrit lazer cihazı 755nm dalğa uzunluğunda atış ata bilən və istək üzrə fraksional başlığına malik olan cihazdır. Cihaz ikiqat işıq lampaları və sarı şüşəli keramika lazer reflektoru olan bir kameraya malikdir. Keramika reflektor sayəsində ref-lektorun qaralması səbəbindən enerji itkisi olmur. Square pulse texnologiyası ilə enerjinin bərabər paylanması təmin edilir. Spot ölçüsü avtomatik tənzimlənən başlıq ilə 2, 3, 5, 7, 10, 15, 20 mm diametrlərdə tənzimlənə bilər.
Square pulse texnologiyası sayəsində Noblex cihazı bu xüsusiyyəti olmayan aleksandrit lazer cihazlarından fərqlənir. Belə ki digər cihazlarda enerji mərkəzdə daha çox, mərkəzdən uzaqlaşdıqca isə az olur. Bu həm nəticəni azaldır, həm də ağ-rıları artırır və yanıqlara səbəb olur. Noblex cihazı isə bu texnologiya sayəsində ağrının minimum olmasına və nəticənin qalıcılığına imkan verir.
Bundan başqa bir sıra aleksandrit texnologiyalı cihazlardan fərqli olaraq bu cihazda olan ZOOM başlığı ilə spot ölçüsünü prosedura uyğun böyütmək mümkündür.
Lazer impulsları ilə isinən dərini soyutmaq üçün həmçinin, R134A soyutma qazı vasitəsi ilə ağrının minimallaşmasını təmin etmək olar. Noblex cihazı istəyə uyğun olaraq fraksional başlıqla da təmin edilə bilər ki, bununla həm ağartma, həm də dəridə olan müxtəlif ləkələrdən azad olmaq olar.