More-Xel – təbii kollagen generasiyasını stimulyasiya edən,derma və epidermis qatlarına təsir edərək yenilənmə prosesini həyata keçirən fraksional CO2 lazer cihazıdır. Daxili analiz sistemi vasitəsi ilə More-Xel mütəxəssisə daha uyğun və effektim rejimlər seçilərək pasientə uyğun formada təqdim olunur.Cihazın həkim üçün yaratdığı seçimlər vasitəsilə minimal reabilitasiya müddəti ilə epidermis qatına dəqiq təsirin yaradılması mümkün olur. Cavanlaşdırma, pilinq,çapıqların, çatların, qırışların, piqment ləkələrin aradan qaldırılması və post-anke müalicəsində əldə edilən More-Xel nəticələri isə möhtəşəmdir.
Prosedurlar
Fraksional ablativ lazer dəri cavanlaşdırması
Lazer pilinqi
Çatlar,qırışlar və çapıqların aradan qaldırılması
Göz qapağlarının cavanlaşdırılması
Törəmələrin götürülməsi
Fraksional fototermoliz