İllərdir ki, dəridə yaranan və çoxlarının stria olaraq tanıdığı çatlar tam həll üsulu mövcud olmayan dəri problemlərindən biri hesab olunmaqdadır. Bonamed şirkəti olaraq sizlərə dəri çatlarının müalicəsində tam və real effekti təmin edən çox xüsusi bir cihazı – Dermostria hariqəsini təqdim etmək istərdik. Dəri çatları elastin liflərinin qopması və pozulması ilə yaranan problemdir. Bu çatlar əsasən hamiləlik sonrası, gənc yaşlarda həyata keçən sürətli bədən inkişafı, intensiv məşqlər, sürətli çəki artımı və azalması kimi hallarda yaranır. Dermostria cihazı komplektasiyasına daxil olan xüsusi Dermostria məhsulları ilə kombinasiyada tək-tək bütün çatların üzərində tətbiq olunur və kollagen liftləri gücləndirilir. Prosedurun yaratdığı təsirlə baş verən çat müalicəsilə bərabər cilddə sıxlaşma da təmin olunur. Beləcə dermostria hariqəsi yalnız çatlar yox, həm də selülitlər və bölgəsəl liftinqdə mükəmməl nəticə təmin edir.
PH JEL
Vakuum başlığı ilə birgə tətbiq olunur. Cildin nəmlənməsini təmin edir, hüceyrə qidalanmasını yerinə yetirərək cildi yeniləyir.
MAXFİT SOLUTİON
Prosedurdan sonra 5-15 dəqiqə arası müddətdə dəridə saxlanılır. Bununla o cilddə pilinq effekti yaradır, nəmləndirir və vitamin C təsiri ilə dəri bərpasını təmin edir.
THERMOFİT
Problemli nahiyədə qan dövranını sürətləndirərək damarları hərəkətə keçirir. Cilddə zədəli dərini bərpa edərək liftinq effektini də təmin edir.
BİOFİT
Gündəlik 3 dəfə istifadə olunmaqla dərini nəmləndirir, bərpa edir və rahatladır. Dermostria cihazı ilə dəri çatlarında olduğu kimi selülitlərdə də möhtəşəm nəticələr əldə etmək mümkündür. PH JEL və THERMOFİT preparatları ilə birgə cihazın roller başlığı tətbiq edilir. 20 dəqiqə müddətini əhatə edən ilk prosedurdan artıq gözə çarpan nəticəni əldə etmək mümkün olur.