Şəkil | Adı | Haqqında |
---|---|---|
![]() | Lazer epilyasiya | Spot sahəsi 4.5 sm 2, spot ölçüsü: 15x40 mm 2, 500 000 - 1 000 000 atış sayı, soyutma səviyyəsi: 1 - 6 0 C, enerji 1-50 C/ sm 2, filter ölçüsü: 640 nm |
![]() | Fotocavanlaşma | Piqment ləkələrinin və aknelərin müalicəsi, Spot sahəsi 4.5 sm 2, 500 000 - 1 000 000 atış sayı |
![]() | ND: Yag lazer | 532 nm başlıq: qəhvəyi, qırmızı; 1064 nm başlıq: qara, göy və s. piqment ləkələrinin aradan qaldırılması; 1320 nm başlıq: ağartma və cavanlaşma |
![]() | RF liftinq | 37x37 mm, 30x30 mm, 22x22 mm ölçülərində başlıqlar: 22 mm gözətrafı nahiyə, 30 mm üz, 37 mm bədən üçün |
Müxtəlif növ kosmetoloji funksiyaları özündə birləşdirən ErgoLase cihazı estetik mərkəzlər və salonlar üçün ən effektiv və erqonomik seçim olmaqdadır. Lakin özündə bir çox funksiyaları birləşdirən cihazların texniki parametrlərinin zəif olması və texniki problemlərinin intensivliyi istifadəçiləri narahat edən əsas amillərdən biridir. ErgoLase cihazı bütün “çoxfunksiyalı cihaz zəif olur” stereotiplərini darmadağın edən, innovativ texnologiyaya malik və keyfiyyətli ehtiyat hissələrlə təmin olunmuş multifunksional kosmetoloji cihazdır. Bu cihaz özündə müxtəlif prosedurların həyata keçirilməsi üçün nəzərdə tutulan 4 başlıqla təchiz olunmuşdur. Bu başlıqlar, İPL epilyasiya, İPL cavanlaşdırma, RF və ND:Yag lazer başlıqlarıdır. Cihazın hər bir funksiyası individual tək funksiyalı cihazlarda olduğundan daha güclü formada təkmilləşdirilmişdir. Bu isə öz növbəsində ErgoLase cihazı vasitəsi ilə bütün prosedurlarda mümkün olan maksimal nəticənin əldə edilməsini təmin edir.
Funksiyaları:
– Epilyasiya
– Akne müalicəsi
– Damar müalicəsi
– Cavanlașdırma
– RF liftinq
– Karbon-pilinq
– Tatusilmə