Şəkil | Adı | Haqqında |
---|---|---|
![]() | Kavitasiya | Çəki azaldılması və yağ yandırılması |
![]() | Vakuum RF | Dəri liftinqi, dəri cavanlaşdırılması və çəki azaldılması |
![]() | Krioterapiya | Əzələ gərginliyininin, şişkinliyin aradan qaldırılması və dərinin hamarlaşdırılması. Sıfırdan aşağı temperaturun təsiri ilə dəri cavanlaşır, incə qırışlar yox olur. |
![]() | Multipolar RF | Multipolar RF liftinqi yüksək tezlikli elektrik cərəyanının dəriyə təsirinə əsaslanan bir texnikadır. Radiotezlik diapazonunda dalğaların təsiri altında su molekulları hərəkət etməyə başlayır, onların arasında aktiv sürtünmə baş verir, bunun nəticəsində ətrafdakı toxumaların temperaturu yüksəlir. |
![]() | Monopolyar RF | Cavanlaşdırıcı effekt, qarın, eləcə də bud nahiyələrində piy qatları və sellülitlə mübarizə aparması |
![]() | Tripolar RF | Cild baxımı, dəri liftinqi və dəri cavanlaşdırılması |
![]() | Bipolar RF | Qırışların aradan qaldırılması, kollagen regenerasiyasının stimulyasiyası və dəri cavanlaşdırılması |
![]() | 6 böyük lipolazer | Yağları parçalayır və kollagen sintezini stimullaşdırır. Qarın, omba, sağrı və bud-böyük bədən nahiyələrində tətbiq olunur |
![]() | 2 kiçik lipolazerzer | Yağları parçalayır və kollagen sintezini stimullaşdırır, kiçik bədən nahiyələrində-kürək,qol və s tətbiq olunur |
Berkiter Cavism cihazı RF liftinq, kavitasiya, mikrotok terapiyası və vakuum kimi funksiyaların kombinasiyasından ibarət 5 güclü başlıqla və xüsusi mikrotoklarla təchiz olunmuşdur. Cihaz dəri sallaqlığı, gözaltı torbalar, mimik qırışlar, selülitlər, lokal yağ toplantıları, liposaksiya sonrası korreksiya, üz ovalının korreksiyası, müxtəlif nahiyələrin liftinqi və bir çox digər prosedurlarda tətbiq olunur. Cihazın yüksək güclü vakuum təsiri, RF təzyiqi və kavitasiya gücü ilə istənilən pasiyenti minimal prosedur sayına məmnun etmək mümkündür.
Cihaz kosmetoloqlar üçün olduğu qədər, cərrahlar tərəfindən də əməliyyat sonrası nöqsanların aradan qaldırılması üçün mükəmməl formada istifadə oluna bilər.
Cihazın üstünlükləri:
– Tamamilə ağrısız prosedurlar
– Nəticənin ilk prosedurdan sonra nəzərə çarpması
– 7 manipula
– Asan və anlașıqlı idarə etmə sistemi
Vakuum masajı bașlığı bipolyar RF liftinq funksiyasına malikdir ki, bu da təkcə effektiv anti-selülit və limfa drenaj masajı prosedurunu həyata keçirməyə deyil, həm də dərini nəzərəçarpacaq dərəcədə sıxmağa imkan verir.