Aytən İsmayılzadə Satış müdiri

Aytən İsmayılzadə 1996-cı ildə Bakı şəhərində anadan olub. 2017-ci ildə Bakı Dövlət Universitetində Tarix ixtisası üzrə bakalavr dərəcəsi alıb. 2017-2018-ci illərdə “Kapital Bank” ASC-də Filial Şəbəkəsi İdarə Edilməsi və Pərakəndə Satış Departamentində, 2018-2021-ci illərdə İcraçı Hüquqşünas (Problemli Kreditlər Şöbəsi) vəzifəsində çalışıb. 2021-ci ildən “Bonamed” MMC şirkətində çalışır. Overall 7.0 IELTS nəticəli, Certified Professional Sales Leader (CPSL) proqramını bitirmiş, bir çox özəl şirkətlərdə və bankların Pərakəndə Departamentində təcrübə keçən namizədlərə satışların artırılması istiqamətli təlimlər keçmişdir. Dəfələrlə ən yüksək satış edən əməkdaş nominasiyası üzrə 1-ci olmuşdur. Tuğba Özdenalın “Motivasyon ve Kriz Yönetimi”, Emrah Göknarın “Girişimcilik Teknikleri”, Emre Baştürkün “Etkili İletişim ve Başarı Döngüsü” və bu kimi bir çox təlimlərdə iştirak etmişdir. 29.06.2020-ci ildə Cənab Prezident İlham Əliyev tərəfindən beynəlxalq əhəmiyyətli tədbirin təşkilində iştirakına görə təşəkkürnamə ilə təltif olunmuşdur.

Scroll to Top